Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Bakı şəhər sakini Əlövsət Əliyev ölmüşdür
17.12.2016Dekabrın 17-də saat 10 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Əlövsət Əliyevin üzərində zorakılıq əlamətləri görünən meyiti tapılmışdır.
Nizami RPİ əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı Ə.Əliyevin həmin gün saat 07 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində paytaxt sakini Azər Əbiyevin idarə etdiyi "KİA" markalı avtomobillə vurulması nəticəsində xəsarət alması, avtobusa oturaraq H.Əliyev prospektinə getməsi və orada ölməsi müəyyən edilmişdir.
Nizami RPİ tərəfindən araşdırma aparılır.