Quba rayonunun Xaltan kənd sakini Sərdar Aydəmirovun ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən Məhəmməd İsgəndərov xəsarət almışdır
17.12.2016Dekabrın 14-də Quba rayonunun Xaltan kəndində kənd sakini Sərdar Aydəmirov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən həmkəndlisi Məhəmməd İsgəndərov ayaq və bel nahiyələrindən xəsarət almış və o, xəstəxanaya yerləşdirilmişdir.
Quba RPŞ əməkdaşları tərəfindən S.Aydəmirovdan müvafiq sənədləri olmayan "TOZ-16" markalı tüfəng götürülmüşdür.
Araşdırma aprılır.