Goranboy rayonunun Qarabucaq kəndində yol-nəqliyyat hadisəsi
09.12.2016Dekabrın 9-da saat 21 radələrində Goranboy rayonunun Qarabucaq kəndində rayon sakinləri Fuad Əliyevin və Elsevər Musayevin idarə etdikləri "VAZ" markalı avtomobillər toqquşmuşdur. Nəticədə hər iki sürücü və E.Musayevin sərnişini Rəşad Kazımov hadisə yerində ölmüşlər.
Goranboy RPŞ tərəfindən araşdırma aparılır.