Gün ərzində 98 cinayət faktı qeydə alınmışdır
29.11.2016Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 98 cinayət faktı qeydə alınmış, onların da 39-u “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 25 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 1 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər tutulmuşdur.