Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xudat-Nabran yolunun Xaçmaz rayonu, 6-cı yaşayış məntəqəsinin ərazisində yol-qəza hadisəsi

14.07.2005

Xudat-Nabran yolunun Xaçmaz rayonu, 6-cı yaşayış məntəqəsinin ərazisində, rayon sakini Bəhram Əmirovun idarə etdiyi, maye qazla işləyən "RAF" markalı avtomaşının qaz balonunda partlayış baş vermişdir. Nəticədə avtomaşında yanğın baş vermiş və o yoldan çıxaraq ağaca dəymişdir. Sərnişinlərdən Qurbanəli Əliyev hadisə yerində ölmüş, sürücü və 8 sərnişinə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.