Xudat-Nabran yolunun Xaçmaz rayonu, 6-cı yaşayış məntəqəsinin ərazisində yol-qəza hadisəsi
14.07.2005Xudat-Nabran yolunun Xaçmaz rayonu, 6-cı yaşayış məntəqəsinin ərazisində, rayon sakini Bəhram Əmirovun idarə etdiyi, maye qazla işləyən "RAF" markalı avtomaşının qaz balonunda partlayış baş vermişdir. Nəticədə avtomaşında yanğın baş vermiş və o yoldan çıxaraq ağaca dəymişdir. Sərnişinlərdən Qurbanəli Əliyev hadisə yerində ölmüş, sürücü və 8 sərnişinə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.