Beyləqan rayonunun Şahsevən kəndində yol-nəqliyyat hadisəsi
22.11.2016Noyabrın 21-də saat 18 radələrində Beyləqan rayonunun Şahsevən kəndində rayon sakini Həsənağa Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu atla keçən kənd sakini, 81 yaşlı Allahyar Azadovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş A.Azadov noyabrın 22-də orada ölmüşdür.
Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.