Sumqayıt şəhər sakinlərinə məxsus olan 9 mağazadan satışına razılıq verilməmiş və markalanmamış dini təyinatlı ədəbiyyat və “DVD” disklər götürülmüşdür
18.11.2016DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının noyabrın 18-də Sumqayıt şəhəri ərazisində keçirdikləri birgə tədbirlər nəticəsində şəhər sakinlərinə məxsus olan 9 mağazadan satışına razılıq verilməmiş və markalanmamış dini təyinatlı ümumilikdə 328 ədəd ədəbiyyat və 315 ədəd “DVD” disklər aşkar edilərək götürülmüşdür.
Həmin mağazaların lisenziyası olmadan fəaliyyət göstərmələri də müəyyən edilmişdir.
Faktlarla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 516-cı maddəsi ilə protokollar tərtib olunmuşdur.