Gün ərzində 79 cinayət faktı qeydə alınmışdır
07.11.2016Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 79 cinayət faktı qeydə alınmış, onların da 22-si “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 28 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş 3 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər tutulmuşdur.