Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinən paytaxt sakinləri Elmar Hüseynli və Bəxtiyar Camalov tutulmuşlar

07.11.2016

Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 6-da Bakı şəhər sakinləri Kamran Hacıyevə məxsus "ZİL-130" və Xəyal Cabbarova məxsus"QAZel" markalı avtomobillərdən akkumlyator oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Elmar Hüseynli və Bəxtiyar Camalov tutulmuşlar.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların iyunun 26-da Qalib Ziyadova məxsus "Nissan" markalı avtomobildən 850 manat pul, noyabrın 1-də Kərəm Cəfərova məxsus "VAZ-2106" markalı avtomobildən 500 manat pul, mobil telefon və maqnitofon oğurlamaları da müəyyən edilmişdir.