Avtomobili qaçırmaqda şübhəli bilinən Abbas Abbaszadənin dələduzluq etməsi də müəyyən edilmişdir
05.11.2016Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 4-də Bakı şəhər sakini Mahirə Qurbanovaya məxsus "Hyundai" markalı avtomobili qaçırmaqda şübhəli bilinən Abbas Abbaszadə saxlanılmışdır.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun oktyabrın 27-də paytaxt sakini Malik Dadaşova qarşı dələduzluq etməsi də müəyyən edilmişdir.