Goranboy rayonunda yol-nəqliyyat hadisəsi
05.11.2016Noyabrın 5-də saat 18 radələrində Goranboy rayonunda Yevlax rayon sakini Emil Məmmədov idarə etdiyi "Mercedes" markaklı avtomobili qarşıda gedən rayon sakini Camal Hacıyevin idarə etdiyi "VAZ-21063" markalı avtomobilə vurmuş, sonradan idarəetməni itirdiyindən avtomobili Bərdə rayon sakini Telman Hüseynovun idarə etdiyi traktora çırpmışdır. Nəticədə "Mercedes" markalı avtomobilin sürücüsü hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.