Oğurluqda şübhəli bilinən Yevlax rayon sakini İsa Bəkirov saxlanılmış, daha 1 nəfər isə müəyyən edilmişdir
02.11.2016Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il fevralın 28-dən oktyabrın 20-dək olan müddətdə rayon ərazisindəki 5 mağazadan, habelə 1 avtomobildən pul, mobil telefon, ərzaq məhsulları və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini İsa Bəkirov saxlanılmış, daha 1 nəfər isə müəyyən edilmişdir.