Gün ərzində 86 cinayət faktı qeydə alınmışdır
27.10.2016Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 86 cinayət faktı qeydə alınmış, onların da 26-sı “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 26 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 12 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər tutulmuşdur.