Lənkəran şəhərində yol-nəqliyyat hadisəsi
27.10.2016Oktyabrın 27-də saat 20 radələrində Lənkəran şəhərində rayon sakini Cabir Baxşıyevin idarə etdiyi "PAZ" markalı avtobus və Astara rayon sakini Elşən Novruzovun idarə etdiyi "Mercedes" markalı mikroavtobus toqquşmuşdur. Nəticədə E.Novruzovun xəsarət almış 6 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.