Oğurluq etməkdə şübhəli bilnən İmişli rayon sakini Seymur Ağayev tutulmuşdur
18.10.2016Oktyabrın 18-də metronun “28 May” stansiyası ərazisində Şəmkir şəhər sakini Nigar Hacıyevanın çantasından mobil telefon oğurlanmışdır.
Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Seymur Ağayev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün metronun “Gənclik” stansiyasında Bakı şəhər sakini Fəridə Cəfərlinin çantasından sənəd oğurlaması da müəyyən edilmişdir.