Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Binəqədi rayonu ərazisində idarə etdiyi avtomobillə Bakı şəhər sakini E.Məmmədovu vurmuş İ.Ağalarov saxlanılmışdır

15.10.2016

Oktyabrın 14-də saat 20 radələrində Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Etibar Məmmədov vurulmuş və o, xəstəxanaya yerləşdirilmişdir.

Bakı şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini İlqar Ağalarov saxlanılmışdır.