Avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Elçin Şirinov və Qabil Məmmədov tutulmuşlar
08.10.2016Oktyabrın 8-nə keçən gecə paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsi ərazisindən qəsəbə sakini Rövşən Cəfərova məxsus “VAZ-2101” markalı avtomobil qaçırılmışdır.
Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Elçin Şirinov və Qabil Məmmədov tutulmuşlar.