Ordubad rayonunun Dırnıs kəndində yol-nəqliyyat hadisəsi
08.10.2016Oktyabrın 8-də saat 11 radələrində Ordubad rayonunun Dırnıs kəndində kənd sakini İsmayıl Səyyadov idarə etdiyi “Zil” markalı avtomobillə yolu keçən həmkəndlisi Şəmil Quliyevi vurmuşdur. Piyada hadisə yerində ölmüşdür.
Ordubad RPŞ tərəfindən araşdırma aparılır.