Abşeron rayonunun Pirəkəşkül qəsəbə sakini Cəmil Məmmədov intihar məqsədilə benzinlə özünü yandırmışdır
06.10.2016Oktyabrın 6-da saat 17 radələrində Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində Sumqayıt ŞPİ DYPŞ-nin inzibati binasının yaxınlığında Abşeron rayonunun Pirəkəşkül qəsəbə sakini Cəmil Məmmədov intihar məqsədilə benzinlə özünü yandırmışdır. Qol və sinə nahiyəsindən yanıq xəsarətləri almış C.Məmmədov xəstəxanaya yerləşdirilmişdir.
İlkin araşdırmalar zamanı C.Məmmədovun sürücülük vəsiqəsinin olmaması, idarə etdiyi “NAZ Lifan” markalı avtomobilində görünüş dairəsini məhdudlaşdıran əlavə avadanlığın quraşdırılması və barəsində tərtib olunmuş 463 ədəd elektron protokola əsasən 43.000 manat məbləğində cəriməsinin olması müəyyən edilmiş, avtomobil bu səbəbdən Sumqayıt ŞPİ DYPŞ-nin müvəqqəti duracağına yerləşdirilmişdir.