Quldurluq etməkdə şübhəli bilinən Müşfiqabad qəsəbə sakini Anar Piriyev, Bakı şəhər sakini Tamerlan Rəsulov, Sabirabad rayon sakini Ələkbər Rəsulov tutulmuş, digər şəxs isə müəyyən edilmişdir
06.10.2016Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 5-də Cəmaləddin Hüseynova məxsus 25 manat pulu, mobil telefonu və 4 baş qoyunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Müşfiqabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş Anar Piriyev, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tamerlan Rəsulov, Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Ələkbər Rəsulov tutulmuş, digər şəxs isə müəyyən edilmişdir.