Məişət əşyaları və 2 ədəd müvafiq sənədləri olmayan pnevmatik tir tüfəngi oğurlamış paytaxt sakinləri Elşad Nəsirov və Əsgər Əkbərov tutulmuşlar
06.10.2016Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabr ayı ərzində Bakı şəhər sakinləri E.Vəliyevə, F.Cabbarova və A.Qibləliyevə məxsus evlərdən məişət əşyaları və 2 ədəd müvafiq sənədləri olmayan pnevmatik tir tüfəngi oğurlamış paytaxt sakinləri Elşad Nəsirov və Əsgər Əkbərov tutulmuşlar.