Şəmkir şəhər sakinləri Azər Qasımova və Etibar Məmmədhəsənova bıçaqla xəsarət yetirmiş Razim Rzayev tutulmuşdur
03.10.2016Oktyabrın 3-də Şəmkir şəhərindəki şadlıq evlərindən birində keçirilən toy məclisində şəhər sakini Razim Rzayev münaqişə zəminində həmyerliləri Azər Qasımova və Etibar Məmmədhəsənova bıçaqla xəsarət yetirmişdir.
Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Rzayev tutulmuşdur.