Beyləqan şəhər sakini Elşən İmanova məxsus həyətyanı sahədən 21 ədəd çətənə kolu və 8,25 kq marixuana aşkar edilərək götürülmüşdür
25.09.2016Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Beyləqan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən İmanova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 21 ədəd çətənə kolu və 8 kiloqram 250 qram marixuana aşkar edilərək götürülmüşdür.