Salyan şəhər sakini N.Rzayevə şüşə parçası ilə xəsarətlər yetirmiş həmyerlisi Ə.Rəsulov tutulmuşdur
22.09.2016Sentyabrın 22-də Salyan şəhərində şəhər sakini Ədalət Rəsulov münaqişə zəminində həmyerlisi Nizami Rzayevə şüşə parçası ilə xəsarətlər yetirmişdir. Xəstəxanaya yerləşdirilmiş N.Rzayev qanaxmadan orada ölmüşdür.
Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Rəsulov tutulmuşdur.