DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinənlər - paytaxt sakini Həmid Əliyev, Lənkəran rayon sakinləri Teyyub Məmmədli, Orxan Əlizadə və Vüsal Məmmədli tutulmuşlar

21.09.2016

Xəzər RPİ 1-ci və 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il martın 11-dən sentyabrın 19-dək olan müddətdə Bakı şəhər sakinlərinə məxsus 13 evdən, habelə 1 mağazadan pul, təmir-tikinti alətləri, elektrik avadanlıqları, tütün məmulatı, danışıq kartları, qızıl, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinənlər - paytaxt sakini Həmid Əliyev, Lənkəran rayon sakinləri Teyyub Məmmədli, əvvəllər məhkum olunmuşlar Orxan Əlizadə və Vüsal Məmmədli tutulmuşlar.