170 manat pul oğurlamış Tərtər rayon sakini Şamil Şamilzadə tutulmuşdur
21.09.2016Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-də şəhər sakini Şöhrət Osmanova məxsus evdən 1200 manat pul oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini Şamil Şamilzadə tutulmuşdur.
Araşdırmalar zamanı evdən 1200 manat deyil, 170 manat pul oğurlanması, Ş.Osmanovun isə bu barədə polisə yalan məlumat verməsi müəyyən edilmişdir.