Xəzər rayonunun Qala qəsəbəsində yol-nəqliyyat hadisəsi
16.09.2016Sentyabrın 16-da saat 23 radələrində Xəzər rayonunun Qala qəsəbəsində Bakı şəhər sakini Kamal Nəzərov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən paytaxt sakini Mübadə Məmmədovanı vurmuş idarəetməni itirdiyindən avtomobilini qarşıdan gələn həmyerlisi Aydın Nəbiyevin idarə etdiyi “İveco” markalı avtomobilə çırpmışdır. Nəticədə K.Nəzərovun sərnişini Şəfayət Cəfərov və M.Məmmədova hadisə yerində olmüş, özü isə xəstəxanaya yerləşdirilmişdir.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.