Ağsu aşırımında yol-nəqliyyat hadisəsi
08.09.2007Saat 14.10 radələrində Ağsu aşırımında Bakı şəhər sakinləri Ceyhun Baxışovun idarə etdiyi "VAZ-2106" markalı və Cəmşid Abbasovun idarə etdiyi "Mersedes" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə C.Baxışov hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri, Bakı şəhər sakinləri, arvadı Rəna, Kübra Zeynalova və Kamran Şahmarlı xəstəxanaya yerləşdirilmişlər. Ağsu RPŞ tərəfindən araşdırmalar aparılır.