Səbail rayonunun Badamdar qəsəbəsində yol-nəqliyyat hadisəsi
09.09.2016Sentyabrın 9-da saat 11 radələrində Səbail rayonunun Badamdar qəsəbəsində Bakı şəhər sakini Nizami Mehdiyev idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən paytaxt sakini Sitarə Kazımovanı vurmuşdur. Piyada hadisə yerində ölmüşdür.
Səbail RPİ tərəfindən araşdırma aparılır.