İsmayıllı rayonunun Topçu kənd sakini Hikmət Feyzullayevi qətlə yetirməkdə şübhəli bilinən Canbulad Hüseynovun tutulmusı üçün zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir
06.09.2016Sentyabrın 6-da İsmayıllı rayonunun Topçu kəndində kənd sakini, əvvəllər məhkum olunmuş Canbulad Hüseynov münaqişə zəminində həmkəndlisi Hikmət Feyzullayevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etmişdir. Xəstəxanaya yerləşdirilmiş H.Feyzullayev orada ölmüşdür.
C.Hüseynovun tutulmusı üçün polis və prokurorluq orqanları əməkdaşları tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.