Çay evindən və aptekdən oğurluq törətməkdə şübhəli bilinən paytaxt sakini Z.Qədirov tutulmuşdur
26.08.2016Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 25-də Bakı şəhər sakinləri Məhəmməd Qədirliyə məxsus çay evindən və Emil Şükürova məxsus aptekdən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Zakir Qədirov tutulmuşdur.