Hacıqabul şəhəri ərazisində avtomobildən oğurluq etmiş şəhər sakini R.Yusifli tutulmuşdur
26.08.2016Avqustun 26-da Hacıqabul şəhəri ərazisində “Ford” markalı avtomobildən 117 manat dəyərində şampun oğurlanmışdır.
Hacıqabul RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Ramil Yusifli tutulmuşdur.