Tərtər rayon sakinləri Mehman Məhərrəmov və Samir Hüseynov tutulmuşlar
21.08.2016Avqustun 20-də Tərtər rayonu ərazisində 3 naməlum şəxs rayon sakini Əyyub Bəxtiyarovun idarə etdiyi “Daewoo” markalı avtomobilə sərnişin qismində oturub Mingəçevir şəhərinə gedəcəklərini bildirmişdir.
Aran qəsəbəsinin ərazisində, həmin şəxslər Ə.Bəxtiyarovu döyüb avtomobili ondan alıb hadisə yerini tərk etmişlər.
Yevlax və Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Tərtər rayonunun ərazisində tapılmış, hadisəni törətməkdə şübhəli bilinən Tərtər rayon sakinləri Mehman Məhərrəmov və Samir Hüseynov tutulmuş, digər 1 nəfər isə müəyyən edilmişdir.