Kürdəmir rayon sakini Səid Səfərov tutulmuşdur
19.08.2016Avqustun 19-da Nəsimi rayonu ərazisində yerləşən kafelərdən birində naməlum şəxs Ağdam rayon sakini Rabil Quliyevin mobil telefonunu zorla alıb hadisə yerini tərk etmişdir.
Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Səid Səfərov tutulmuşdur.