H.Z.Tağıyev qəsəbəsində yaşayan Ruslan Vəliyev tapdığı TAB-7 markalı mərmini kəsərkən baş vermiş partlayışdan aldığı xəsarətlərdən ölmüşdür
12.08.2016Avqustun 12-də saat 13 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində yaşayan Ruslan Vəliyev həyətində, qəsəbə ərazisindən tapdığı TAB-7 markalı mərmini laqunda ilə kəsərkən partlayış baş vermişdir. Nəticədə R.Vəliyev xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür. Həyətdə olan “Tavriya” markalı avtomobil isə yanmışdır.
Araşdırma aparılır.