Oğurluqda şübhəli bilinən Yevlax rayon sakinləri Elvin İsgəndərov və Seymur Mustafayev tutulmuşlar
11.08.2016Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 10-da rayon sakini Xəyalə Cabbarovaya məxsus evdən 400 manat pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən həmyerliləri, əvvəllər məhkum olunmuş Elvin İsgəndərov və Seymur Mustafayev tutulmuşlar.