Balakən rayonun Gərəkli kəndində kənd sakini Tərlan Alibekovdan kultivasiya yolu ilə yetişdirdiyi 611 ədəd çətənə kolu və müvafiq sənədləri olmayan tüfəng aşkar edilərək götürülmüşdür
02.08.2016Balakən RPŞ və Zaqatala Dövlət Təbiət Qoruğu əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində rayonun Gərəkli kəndində kənd sakini, əvvəllər məhkum olunmuş Tərlan Alibekovun kultivasiya yolu ilə yetişdirdiyi, ümumi çəkisi 315 kiloqram olan 611 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür. T.Alibekov tutulmuş və ondan müvafiq sənədləri olmayan “İJ” markalı tüfəng götürülmüşdür.