Yasamal rayonunun Tbilisi prospektində yol-nəqliyyat hadisəsi
02.08.2016Avqustun 2-də saat 16 radələrində Yasamal rayonunun Tbilisi prospektində Oğuz rayon sakini Nazim Camalov idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayırıcısına vurmuşdur. Nəticədə onun sərnişinlərindən Salyan rayon sakini Asimə Kazımova hadisə yerində ölmüş, digər sərnişininə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.