Oğurluqda şübhəli bilinən Şəki şəhər sakini Əmrah Yusifovdan 6,87 qr marixuana da götürülmüşdür
01.08.2016Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 29-da Tərlan Hüseynliyə məxsus “VAZ-21074” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Əmrah Yusifov tutulmuşdur. Ondan 6,87 qram marixuana da götürülmüşdür.