Oğurluqda şübhəli bilinərək tutulmuş Lənkəran rayonunun Şilavar kənd sakinləri Tural Ağazadə və Seymur Zəkizadənin digər cinayət əməlləri də müəyyən edilmişdir
01.08.2016Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri İdris Ağayevə və Ağarza Hüseynova məxsus həyətyanı sahələrdən 2 baş inək və 4 baş qoyun oğurlamaqda şübhəli bilinən Şilavar kənd sakinləri Tural Ağazadə və Seymur Zəkizadə tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların 2015-ci il dekabr ayının 17-dən cari il iyul ayının 7-dək olan müddətdə daha 4 rayon sakininə məxsus ümumilikdə 6 baş inəyi oğurlamaları da müəyyən edilmişdir.