Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərmiş Sumqayıt şəhər sakini Qüdrət Həsənovdan 1 ədəd bıçaq və 1,517 qr heroin aşkar edilərək götürülmüşdür

28.07.2016

İyulun 28-də saat 06 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki internet klublardan birinə girmiş naməlum şəxs orada xəzinədar işləyən İlkin Nəzərəliyevi yumruqla vurmuş və bıçaqla hədələyərək oradan 99 manat pul aparmışdır.

Həmin şəxs ərazidə xidmət aparan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən bıçaqla müqavimət göstərmişdir. Buna baxmayaraq, Mühafizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə həmin şəxs tutularaq 13-cü PB-yə təhvil verilmişdir.

Araşdırmalar zamanı onun Sumqayıt şəhər sakini Qüdrət Həsənov olması müəyyən edilmişdir. Üzərinə baxış zamanı 99 manat pul, 1 ədəd bıçaq və 1,517 qram heroin aşkar edilərək götürülmüşdür. 

28.07.2016 tarixinə olan kriminal məlumatlar