4 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Lənkəran şəhər sakinləri Elnur Zeynalov və Ruslan Əliyev tutulmuşlar
28.07.2016Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 2-də Samir Yusubova məxsus ofisdən, iyulun 25-də Gənclər İdman İdarəsinə məxsus anbardan 4 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Elnur Zeynalov və Ruslan Əliyev tutulmuşlar. Onların iyulun 12-də rayon sakini Nənəbacı Muradovaya məxsus mobil telefonu oğurlamaları da müəyyən edilmişdir.