Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluğa cəhd göstərmiş Sahil qəsəbəsində yaşayanlar Elgün Quliyev və Kamran Zərbəliyev tutulmuşlar

27.07.2016

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 27-də Sahil qəsəbəsində yaşayan Vilayət Əliyevin evindən oğurluğa cəhd göstərmiş həmyerliləri Elgün Quliyev və Kamran Zərbəliyev tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Zalxa Quliyevaya məxsus evdən qızıl əşyalar, Ülvi Mehdiyevin evindən 6900 manat dəyərində qızıl əşyalar oğurlamaları, Səfa Məmmədovanın mənzilindən oğurluğa cəhd göstərmələri və həmçinin E.Quliyevin Samir Cabbarova məxsus evdən 200 manat və 900 ABŞ dolları, habelə 20000 manat dəyərində qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.

27.07.2016 tarixinə olan kriminal məlumatlar