Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış paytaxt sakini Kazım Abbasov ölmüşdür
21.07.2016İyulun 17-də Suraxanı rayonunun Zığ qəsəbəsində Bakı şəhər sakinləri Niyaməddin Məmmədovun və Bayram Bayramovun idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə N.Məmmədov və sərnişini, paytaxt sakini Kazım Abbasov xəstəxanaya yerləşdirilmişdir. K.Abbasov iyulun 21-də orada ölmüşdür.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.