DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr və odlu silah aşkar edilərək götürülmüşdür
19.07.2016Kürdəmir RPŞ əməkdaşları tərəfindən iyulun 18-də narkotik vasitə ilə tutulmuş şəhər sakini Emin Hüseynovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə narkotik vasitəni həmyerliləri Famil Dünyamalıyev və Fəxrəddin İsmayılovdan alması müəyyən edilmişdir. Həyata keçirilmiş tədbirlərlə onlar tutulmuşlar.
F.İsmayılovun evinə baxış zamanı 18 qram marixuana və “TOZ-8” markalı tüfəng götürülmüşdür.