Cəlilabad rayon sakini Ə.Mustafayevə məxsus evdən oğurluqda şübhəli bilinən şəxslərdən ikisi tutulmuş, daha bir nəfər müəyyən edilmişdir
02.07.2016Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il fevralın 16-da rayon sakini Əzizağa Mustafayevə məxsus evdən 9700 ABŞ dolları və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən həmyerliləri Samir Əzizov və Rəşad Məmmədov tutulmuş, daha 1 nəfər isə müəyyən edilmişdir.