DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan V.Məmmədovun evindən oğurluğa cəhd göstərmiş qəsəbə sakini R.Hüseynov tutulmuşdur

21.06.2016

İyunun 21-nə keçən gecə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan Vahid Məmmədovun evindən pəncərədən girmək yolu ilə oğurluğa cəhd göstərilmişdir.  

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş qəsəbə sakini Ruslan Hüseynov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun qardaşı Ələkbər, Bakı şəhər sakinləri Əliyusif Fərəcov,  Əlvan Zeynalov və onun qardaşı Orxanla birgə mayın 9-dan iyunun 20-dək olan müddətdə K.Əliyevə, Ş.Məmmədzadəyə və N.Bağırova məxus pul və qızıl əşyaları, habelə iyunun 16-da Məhəmməd Bədəlovun evindən 350 manat və 100 ABŞ dolları pul oğurlamaları da müəyyən edilmişdir.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Ə.Hüseynov, Ə.Fərəcov,  Ə.Zeynalov və O.Zeynalov tutulmuşlar.

21.06.2016 tarixinə olan kriminal məlumatlar