Bakı şəhər sakini İ.Cəbiyevə qarşı dələduzluq etmiş İ.Əliyev tutulmuşdur
18.06.2016Cari il mart ayında Şəki şəhərində Bakı şəhər sakini İlqar Əliyev həmyerlisi İlqar Cəbiyevi aldadıb ondan 42.000 manat dəyərində inşaat materialları almışdır.
Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Əliyev tutulmuşdur.