Aprelin 5-də Q.Məmmədova məxsus mağazadan oğurluq etmiş bir qrup Gəncə şəhər sakini tutulmuşdur
14.06.2016Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 5-də Qəşəm Məmmədova məxsus mağazadan 550 manat pul, tütün məmulatı, spirtli içki və ərzaq məhsulları oğurlamış Gəncə şəhər sakinləri Ramazan Allahverdiyev, Röyal Səfərov və Erik Vəliyev tutulmuşlar.